Konsul yezidilərin geri dönə bilməməsinin səbəbini açıqladı

112

Sincarda önəmli olan PKK-nın varlığının hansı şəkildə olursa olsun, sona çatdırılmasıdır. PKK və onun uzantıları bölgədəki problemlərin mənbəyidir.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyənin Ərbildəki Baş konsulu Hakan Qaraçay bildirib.

2014-cü ildə terror təşkilatı İŞİD-in hücumlarından sonra Sincardakı yezidilərin Duhoka sığındığını xatırladan Qaraçay onların PKK və uzantıları səbəbindən hələ də evlərinə dönə bilmədiyini deyib.

O, PKK-nın varlığının bölgədə sona çatdırılmasından sonra yezidilərin evlərinə dönə biləcəklərini söyləyib.

Qeyd edək ki, ötən gün PKK terror təşkilatına bağlı Şenqal Müqavimət Birlikləri (YBŞ) Ərbil-Bağdad razılaşmasına əsasən Sincarı tərk edib.