“İsmayıllı Yazarları” ədəbi İctimai Birliyi “Mərhəmət” sənədli filminin çəkilməsi layihəsini yekunlaşdırır – QHT sədri

169

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-cu il üçün elan etdiyi 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “İsmayıllı Yazarlar ədəbi” İctimai Birliyi layihəsini yekunlaşdırıb.

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İsmayıllı Yazarları”ədəbi ictimai birliyi “Ermənistan – Azərbaycan arasında əsir və girovların azad edilməsi barədə “Mərhəmət” adlı sənədli filmin çəkilməsi” layihəsi çərçivəsində eyniadlı sənədli filmi hazırladı.

Sənədli filmdə ulu öndər Heydər Əliyevin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşlarımızın azad olunması istiqamətində həyata keçirdiyi yorulmaz fəaliyyətindən bəhs edilib.

“İsmayıllı Yazarları” ədəbi İctimai Birliyinin icra etdiyi layihənin rəhbəri Etibar Məmmədov bildirib ki, film tam olaraq hazırdı və ictimaiyyətə təqdim olunur.