Bu vaksin koronaya qarşı immuniteti 3 ay saxlayır

144

ABŞ-ın “Moderna” şirkəti tərəfindən hazırlanan peyvəndin istifadəsi koronavirusa qarşı immuniteti ən azı üç ay saxlayır.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Nyu England Journal of Medicine” jurnalında dərc olunan məqalədə qeyd olunub.

Araşdırma ABŞ-ın Milli Allergik və İnfeksion Xəstəliklər İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.

Sınaqlarda iştirak edən 18-71 yaş arası 34 nəfərə 28 gün aralıqla iki doza peyvənd vurulub.

Onların sözlərinə görə, ikinci dozadan sonra sınaqlarda iştirak edənlərin hamısında anticisim səviyyəsi 3 ay boyunca yüksək qalıb.

Qeyd edək ki, “Moderna” şirkəti noyabrda verdiyi açıqlamasında üçüncü sınaqdan sonra vaksinin effektivliyinin 94.5 faiz olduğunu açıqlamışdı.