“Vətənpərvər Maarifçi Gənclər” İctimai Biriliyi layihəyə yekun vurub

203

Sosialmedia.az bildirir ki, “Vətənpərvər Maarifçi Gənclər” İctimai Biriliyi “Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi istiqamətində onlayn təlimlərin təşkili” adlı layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirmişdir.

Layihənin məqsədi gənclərin diaspora fəaliyyətinə cəlb edilməsi və diaspora işlərində gənclərin könüllülük fəaliyyətinin təmin edilməsi və dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.

İki ay müddətində icra olunan layihə 5 təlim iki növbə üzrə nəzərdə tutulmuşdur.

“Karabakh is Azerbaijan” milli platformada gənclərimizin faliyyəti mövzusunda keçirilən növbəti təlimi Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Cahid Kazımov həyata keçirmişdir.

Cahid Kazımov mövzu ilə bağlı məlumat verərək, “Karabakh is Azerbaijan!” milli platforması beynəlxalq müstəvidə fəaliyyətə göstərdiyini qeyd etdi.

Diaspor könüllüləri, ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənlərlə birlikdə facebook və twitter´də Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, cəbhədə baş verən təxribatlar haqqında, KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqlərindən istifadə etməklə, 1000-lərlə foto, video və digər məlumatlar paylaşıblar. Ümumilikdə 100 minə yaxın paylaşım edilib. Gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində twitter sosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb.

Mövzu ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəxtiyar Rəhimov da çıxış edərək, milli platforma haqqında geniş məlumat verərək, “Karabakh is Azerbaijan!” Milli Platforması Azərbaycan Diaspor Könüllüləri tərəfindən yaradılıb və hal-hazırda platformanın fəaliyyətinin təkmilləşdiril¬məsi istiqamətində o cümlədən, həm ölkə, həm də dünyada yaşayan azərbaycanlı gənclərin platformaya cəlb edilməsi üzərində ardıcıl işlər aparıldığı qeyd etdi.

Mövzusu ətrafında təlimə qoşulan gənclərlə müzakirələr aparılaraq, iştirakçıların maraqlı sual-cavabları ilə yekunlaşdırıldı.
Sonda təlimin təşkilində yaxından iştirak edən Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.