Daha bir vəzifəli şəxs koronadan vəfat etdi

235

Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov bu gün səhər saatlarında koronavirusdan vəfat edib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, Q.İsmayılov iki həftə əvvəl verdiyi test pozitiv çıxıb və xəstəxanada müalicə alıb.

Qurban Soltanəli oğlu İsmayılov 19 noyabr 1971-ci ildə Naxçıvan MR Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. 2017-ci ildən Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı.