Bakı-Qazax yolunun Nəvahi hissəsində hərəkət qismən məhdudlaşdırılıb

180

Aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 14 dekabr tarixindən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-də, magistralın Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqaməti üzrə hərəkət qismən məhdudlaşdırılıb. Məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.

Bu barədə SosialMedia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, təmir müddəti ərzində avtonəqliyyyat vasitələrinin hərəkəti iki tərəfli olmaqla magistralın əks istiqamət üzrə təşkil olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.