Operativ Qərargah QHT-lərin sərtləşdirilmiş xüsusi karantin rejimində iştirakına şərait yaratmır-Vamiq Babayev

391

Cənab Prezident çıxışlarında nə qədər ictimai nəzarətin gücləndirilməsi məsələsinə toxunsa da, halbuki bu məsələdə əsas rolu QHT-lər oynayır, amma Nazirlər Kabineti, o cümlədən Operativ Qərargah bütün vacib məqamlarda Qeyri-Hökumət Təşkilatlarını kənarda saxlayır və cəmiyyət üçün həyatı əhəmiyyət daşıyan prosseslərdə, sərtləşdirilmiş xüsusi karantin rejimində iştirakına şərait yaratmır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri”Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev qeyd edib. O,vurğulayır ki, digər qurumlarla yanaşı QHT-lər də vətəndaş cəmiyyətinə yönəlik proseslərdə fəal iştirak etməli, yeni layihələr hazırlamalı, problemləri yerində araşdırmalı, problemlərin həllinə qismən də olsa nail olmaq imkanına malik olmalıdır. Çünki bu qurumlar vətəndaş cəmiyyəti təşkilatlarıdır və vətəndaş cəmiyyəti ilə bütün həssas məqamlarda daim çalışmalıdır.

Hazırkı yanaşma hələ də QHT fəlsəfəsini anlamayanların fəaliyyətinin nəticəsi anlamına gəlir. Məlum olduğu kimi keçən dövr ərzində QHT-lər öz xoş niyyətlərini həyata keçirməklə, həm pandemiyadan əziyyət çəkənlərə müxtəlif formada sosial yardımlar etmiş, maarifləndirmə işləri həyata keçirmiş, həm də geridə qalan “Vətən müharibəsi” dövründə əlindən gələn təbliğat-təşviqat və yardım xarakterli bütün proseslərdə fəal iştirak edib, cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə dəstək olublar. Bu fəaliyyətləri müharibədən sonra Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaydığı ilkin 2 hesabatda aydın görmək olur. Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində yaxından çalışan bu qurumların fəaliyyəti hər zaman, bütün həssas məqamlarda da dəstəklənməli və açıq olmalı, fəaliyyətlərinə məhdudiyyətlər tətbiq edilməməlidir.