Qanları ilə tarix yazan igidlərimiz- Şəhid əsgər Cavid Cəfərov

1414

Sosialmedia.az saytı olaraq “Vətən Müharibəsi” qəhrəmanları ilə oxucularımızı tanış edirik. Onlar qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Bu dəfə də vətən uğrunda canlarından keçən, tarix yazan oğullarımızdan biri ilə sizləri tanış etmək istərdim. Qəhramanımız Cəfərov Cavid Fərhad oğlu 1 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Sumqayıt şəhər 33 saylı orta məktəbə daxil olub v 2009 – cu ildə həmin məktəbin 9-cu sinfini bitirərək,Sumqayıt Dövlət Texniki kollecinə qəbul olmuşdur. 2013 – cü ildə Sumqayıt Dövlət Texniki kollecin ” Nəqliyyatda daşımaların və idarə etmənin təşkili” ixtisası üzrə bitirib.
2016 – cı ilin iyul ayında Hərbi xidmətə yollanan Cavid ,2018 – ci ilin yanvar ayında hərbi xidməti başa vurur. 2018 – ci ilin oktyabırn 13 dən N saylı Hərbi hissəyə müddətindən artıq maxe vəzifəsinə qəbul edilir. Cəfərov Cavid Fərhad oğlu oktyabrın 1 də Fizuli istiqamətində gedən döyüşlərdə, döyüş yoldaşlarının dediyinə görə, yaralı komandirini ərazidən çəkərkən snayperlə vurularaq şəhidlik zirvəsinə ucalmışdır. Qəhrəman əsgərimiz ölümündən sonra Vətən uğrunda medalı ilə təltif olunub. Allah rəhmət eləsin!

Müəllif:Nərmin Rzalı