Rezidenturanı bitirənlərin təyinat alma vaxtı dəyişdirildi

170

Səhiyyə Nazirliyi rezidenturanı bitirən şəxslərin təyinat vaxtı ilə bağlı məlumat yayıb.

Sosialmedia.az bildirir ki, Nazirlikdən Axar.az-a verilən məlumatda bildirilir ki, noyabr ayında imtahan verib rezidenturanı bitirənlər üçün dekabr ayında keçirilməli olan təyinatın vaxtı dəyişdirilib. Pandemiya ilə əlaqədar təyinatın yanvar ayında keçirilməsi planlaşdırılır.

Bu barədə Səhiyyə Nazirliyinin rəsmi saytında öncədən məlumat veriləcək.