Günay Ağamalı şəhid qadın Arəstə Baxışovanın ocağını ziyarət etdi

387

Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri Günay Ağamalı Vətən müharibəsində yeganə şəhid olan qadın Arəstə Baxışovanın ocağını ziyarət edib.Bu barədə Sosialmedia.az-a AVP-nin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, Vətən müharibəsində böyük rəşadət və igidlik göstərən oğullarımızla bərabər qadınlarımız da fədakarlıqlarını nümayiş etdirdilər.

İki fidan körpəsini anasının ümidinə qoyub oğullarımızla döyüş meydanında fədakarlıq göstərən yeganə qadın Şəhidimiz Arəstə Baxışovanın ocağını ziyarət etməyi özümüzə borc bildik.