Dövlətə güvənin, biz sizi sevirik

185

Bildiyiniz kimi sentyabr ayının 27-dən Sosialmedia.az bildirir ki, İkinci Qarabağ savaşına start verildi. Ali Baş Komandan Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində və güclü ordumuzun şücaətiylə düşmənə qalib gəldik. Şəhidlərimiz oldu gözümüz üstə yerləri var eləcə də qazilərimiz. Dövlətimiz qazilərimizə və şəhid ailələrinə yetərli dəstəyi göstərir. Gələk əsas məsələyə. Hansı ki, müharibə bitti və qalib olduq, lakin bəzi qüvvələr bundan istifadə elədi və edir də.

Əziz dəyərli insanlar, qazi adından yalandan istifadə etməyi qoyun kənara. Bəzi qüvvələr qazilərimizi önə verməyi və dövləti pisləmək üçün əlindən gələni edir. Artıq keçdi, qisasımız alındı.
Hörmətli qazilərimiz, formalarınızı çıxardın müharibə bitti həyatınıza qayıdın, kiminsə küyünə fitvasına getməyin, dövlətə güvənin, biz sizi sevirik, dövlət sizi sevir.

Hörmətlə: Boccia İdmam Federasiyasının Baş Katibi və Birinci Qarabağ Qazisi İlham Məhərrəmov