Məktəblərlə bağlı qərar nə vaxt veriləcək? – AÇIQLAMA

248

Məktəblərlə bağlı yumşaldılmaya gediləcək və bu barədə məlumat gələn həftə Təhsil Nazirliyinin keçirəcəyi brifinqdə elan olunacaq.

 

SosialMedia.az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, bu istiqamətdə də karantin qaydalarında yumşaldılmalar olacaq.