Milli Məclisin Əmək və sosial siyasət komitəsində sessiya müddətində 3 dinləmə keçirilməsi nəzərdə tutulur.
Bu barədə SosialMedia.az-a Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Bu məsələlər komitənin 2021-ci il yaz sessiyası üçün iş planına daxil edilib. Komitədə aşağıdakı dinləmələrin keçirilməsi planlaşdırılır:
– Əhalinin məşğulluğunun təmin edilməsi sahəsində fəaliyyətlər, mövcud problemlər və onların aradan qaldırılması, xüsusilə qeyri-leqal məşğulluğun leqallaşdırılması yolları ilə bağlı dinləmə;
– Şəhid ailələri və əlilliyin olan şəxslərin sosial müdafiəsi, əlilliyin ekspertizası və onların sosial təminatlarının yaxşılaşdırılması problemləri ilə bağlı dinləmə;
– 31 may – Ümumdünya Tütünlə Mübarizə günü ilə əlaqədar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqinin aparılması ilə bağlı dinləmə.