İstefa bir mədəniyyətdir-Mətanət Əsgərqızı yazır

190

Məmurların çoxu istefa verməlidi, bu bir mədəniyyətdir. Amma bu bizə hələ gəlib çatmayıb.Bu gün Vətən Müharibəsində şəhid olanların bir qrup valideyni şəhərin mərkəzində aksiya keçirərək yolu bağlayıblar. Bu sözləri SosialMedia.az-a Müstəqil jurnalist, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, Mətanət Əsgərqızı bildirib. O, qeyd edir ki, mən elə düşünürdüm ki, Vətən Müharibəsində bir yumruq olan Azərbaycan xalqına o, məmurlar daha qayğı ilə yanaşar. Amma şahidi olduğumuz hadisələr artıq bizə yanıldığımız işarətini verir.

Qalib Azərbaycan Ordusunu, Müzəffər Ali Baş Komandanı gözdən salmaq istəyənlər var. Mütləq bu məsələlər araşdırılsın.Şəhid valideynlərini küçələrə çıxardan məmurlar cəzalansınlar. Axı ölkənin birinci şəxsi həsas qruplara bütün imkanların yaradılması üçün dəfələrlə göstərişlər verib.Bunu icra etməyən məmur varsa deməli o, yerində deyil.Sabotajla məşğuldu.Cəmiyyət də hər kəs belələrinə qarşı mübarizə aparmalıdı!