Yunan aparıcı: Afina dərk etmir, Türkiyə qlobal güc olacaq

163

Biz mərmini belə xaricdən idxal etdiyimiz halda, Türkiyə ballistik raket istehsal edir.

Sosialmedia.az xəbər verir ki, bu sözləri yunan aparıcı İoannis Theodoratos deyib.

“ROKETSAN-ın əlində ixrac versiyası olan KHAN (Xan) raketleri də var. Bu, ballistik raketdir. Kardak böhranından keçən 25 il ərzində Türkiyə müdafiə sənayesini gücləndirdi, eyni zamanda təhqiqatlara investisiya qoydu. Bu, Yunanıstanın hələ də dərk etmədiyi bir şeydir. Türkiyə regionda əməliyyat gücünü inkişaf etdirib. Türkiyənin istədiyi sadəcə regional deyil, eyni zamanda qlobal güc mərkəzi olmaqdır”, – deyə yunan aparıcı bildirib.