Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edilib – FOTO

299

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu dəfn olunub.

SosialMedia.az-ın məlumatına görə, Vətən müharibəsində iştirak edən 21 yaşlı Quliyev Əkbər Güləhməd oğlu Bakıda II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib.