Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

231

Azərbaycanda son sutkada koronavirusa 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb.

Sosialmedia.az xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 232 337 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 226 951 nəfər müalicə olunaraq sağalıb, 3 185 nəfər vəfat edib, aktiv xəstə sayı 2 201 nəfərdir.

Ölkədə son sutka ərzində 7 631, hazırkı dövrədək isə 2 513 636 test aparılıb.