Bizi ABŞ-la onlar barışdıra bilər – Süleymani

174

Avropa ölkələrinin Vaşinqtonla Tehran arasında vasitəçilik missiyasını yerinə yetirməsi mümkün görünmür. Nüvə anlaşmasının imzalandığı və tətbiq edildiyi müddətcə avropalıların ABŞ-la ortaq maraqlarını nəzərə alsaq, İngiltərə, Almaniya və Fransanın vasitəçiliyi uğun deyil.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani çıxış edib.

İranla ABŞ arasında müzakirələrin öncə gizli, sonra isə diplomatik çərçivədə birbaşa aparılmasının daha yaxşı olacağını bildirən keçmiş səfir Tehranla yaxşı əlaqəyə sahib ölkənin vasitəçiliyini münasib sayıb:

“Qətər vasitəçilik üçün bütün ölkələr arasında ən uyğun seçimdir. Səudiyyə Ərəbistanı, Misir və müttəfiqləri Qətərə sanksiya tətbiq edərkən, İran Dohanı dəstəklədi. Bu səbəbdən Doha özünü Tehrana borclu hesab edir və Qətər rəsmilərinin vasitəçilik üçün daha səmimi səy göstərməsinə şərait yaradır.

Türkiyə də mümkün namizədlər arasındadır. Türkiyə ilə İran müxtəlif sahələrdə ortaq maraqlara sahibdir və Qətərdən sonra ən yaxşı vasitəçi Ankaradır”.