Türkiyədə təlimdə olan hərbçilərimiz Azərbaycana qayıdıb

145

Türkiyənin Qars şəhərində keçirilmiş “Qış təlimi-2021”ə qatılan Azərbaycan Ordusunun hərbi qulluqçuları təlimləri başa vuraraq vətənə qayıdıb.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Qış təlimi-2021”də iştirak etmiş azərbaycanlı hərbçilərin yola salınması ilə bağlı mərasim keçirilib.