Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olumasında Milli Azərbaycan Tarixi Muzeyinin rolu-Sahibə Ələkbərova

814

Demək olar ki, Cəmiyyətin inkişafında mühüm rol oynayan amillərdən biri gənc nəsldə yüksək vətənpərvərlik hisslərinin formalaşdırılmasıdır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri AMEA Milli Azərbaycan Tarix Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Sahibə Ələkbərova qeyd edib.

Şübhəsiz ki, hələ körpə yaşlarından bu ruhda köklənən nəsildə vətənpərvərlik hissi yüksək olacaqdır. Artıq, bunun ən bariz nümunəsinə 44 günlük Vətən müharibəsində şahid olduq. . Qarabağı görməyən minlərlə qəhrəman oğullarımız Qarabağ sevdası ilə tərəddüd etmədən özünü ölümün ağuşuna atdı.

Bununla da Azərbaycan Respubliksının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəman oğullarımız düşmənə diz çökdürərərək torpaqlarımızı işğalçılardan təmizləyib ərazi bütövlüyümüzü bərpa etdilər. Bir sözlə, ölkəmiz bu zəfəri xalqla, dövlətin sarsılmaz birliyi, “Dəmir yumruq” olaraq birləşməsi sayəsində əldə etdi. Demək olar ki,erməni işğalından azad olunmuş torpaqlarımızın hər qarışında şəhid qanı vardır.

Artıq, uzun zamanlar üzərimizdə olan məğlubiyyət ləkəsini qanları ilə təmizləyən, bizi qalib xalq zirvəsinə ucaldan mərd oğullarımızın döyüş yolu, şəhidlik məqamı, gənclər üçün bir məktəb olmalıdır. Gənclərimiz öz qəhrəmanlarını tanımalı ,onlrın keçdiyi həyat yolundan örnək götürməlidir. Hesab edirik ki, bundan böyük zəfər, qələbə, bundan böyük qürur, fəxrət , bundn böyük şərəf, ləyaqət ola bilməz.

Öz əməlləri ilə bu dövlətin şərəfli tarixini , bu xalqın qan yaddaşına qızıl həriflərlə həkk etmiş qəhrəmanlarımız dünya durduqca yaşayacaq, var olacaq, unudulmayacaqdır. Hər birimiz Şəhidlərimizin əziz xatirəsinin uca tutaraq, keçdikləri şərəfli həyat yolu haqqında məlumatları gələcək nəsillərə çatdırmağı həm vətəndaşlıq , həm də vəzifə borcu olarq qarşımıza qoymalıyıq.

Artıq,Milli Azərbaycan Tarixi Muzeyində könüllü tələbələrdən ibarət “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri və bir neçə üzvü “ Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində, torpaqlarımızın azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük sücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizin ailəsi ilə görüşlərə başlamışlar. Layihə çərçivəsində “ Tarix yazan qəhrəmanlar”dan birini şəhid Polkovnik –leytenant Rəşad Sadıqovu təqdim edirik..

Rəşad Xanlar oğlu Sadıqov 1978 -ci il 11 oktyabr tarixində Laçın şəhərin də anadan olmuşdur. 1984 -cü ildə Laçın şəhəri 2 saylı orta məktəbin birinci sinifinə daxil olmuşdur. Orta məktəbi əla qiymətlərlə oxuyurdu. 1992- il may ayınında Laçın rayonu düşmən işğalına məruz qaldığı üçün valideyinləri ilə birgə şəhəri məcburən tərk etmişdir. Həmin ili ailə Şəmkir şəhərində məskunlaşdığı üçün o, Şəmkir şəhər Əhməd Cavad adına orta məktəb də təhsilini davam etdirmişdir.

Məktəbi bitirdikdən sonra həkim olmaq istəyirdi , ancaq Xocalı qətliamından sonra o, fikirini dəyişərək hərbiçi olmaq qərarına gəlmişdir. 1992 – ci ilə də ata yurdu Laçın rayonunun və ard-arda digər rayonlarımızın işğalı onun bu fikirini daha da qətiləşdirmişdir. O, 1995 -ci ildə Bakı Birləşmiş Ali Komandirlər Məktəbinə daxil olmuşdur. 1999-cu ildə məktəbi bitirib leytenant rütbəsi ilə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda xidməti vəzifə üzrə təyinat almışdır. 2004-cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına hərbi liseydə fəaliyyətə başlamışdır. Sonra Naxçıvan şəhəri hərbi səfərbərlk və daha sonra Naxçıvan şəhəri hərbi hosbitalında xidmət keçmiş, müəyyən vaxtlar da “N” saylı hərbi hissədə xidmət etmişdir. Xidmət müddətində bir çox orden və medallar qazanmışdır. ” Hərbi xidmətdə fərqlənməyə görə” .

III dərəcəli, ” Hərbi xidmətdə fərqlənməyə görə” II dərəcəli, “ Qüsursuz xidmətə görə”, III dərəcəli , “Qüsursuz xidmətə görə “ II dərəcəli “Qüsursuz xidmətə görə “ I dərəcəli medallrla, “Azərbaycan Silhlı Qüvvələri Veteranı”, “ Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubleyi , “ Azərbaycan silahlı Qüvvələrinin 90 illiyi “yubleyi , “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubleyi və “ Azərbaycan Ordusunun 100 illiyi “ yubleyi medalları ilə təltif olunmuşdur. 2019-cu il mart tarixində Goranboy rayon “N” saylı hərbi hissəyə təlim-tərbiyə üzrə komandir müavini vəzifəsinə təyin edilmişdir. Ön cəbhədə düşmənlə üz-üzə dayanan R.Sadıqov, eyni zaman da ən çətin məqamlarda yerli əhalinin də yanında olmuşdur.

Beləki, O, 2019-cu ilin aprel tarixində Goranboy rayonu Yuxarı Ballıqaya fərdi yaşayış evində baş verən yanğın zamanı fədəkarlıq göstərərək, köməksiz qalmış uşağı yanğından xilas edərək ailəsinə təhfil vermişdir. Təltiflər sırasında Onun bu fədakarlığı ilə bağlı medalı da yer almışdır. Onun ən böyük arzusu doğma yurdu olan Laçının düşmən taptağından azad edilməsi idi. Axır ki, 28 – ildən sonra 27 sentyabır 2020 – ci il tarixində onun gözlədiyi döyüş əmri gəlir. Bu əmri sevinclə qarşılayan R.Sadıqov sevincini doğmaları ilə bölüşərək , bildirir ki “Əgər müharibə dayanmasa ,biz davam etsək Laçına qədər gedəcəyik”.

Beləliklə, çoxdan arzuladığı fürsəti dəyərləndirən R. Sadıqov Fizuli , Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonları, eləcə də kəndlər uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür. Axrıncı dəfə “ Laçın rayonu Güləbird kəndi uğurunda gedən döyüşlərdə iştirak etmiş, kəndin düşmədən azad edilməsində böyük rəşadət göstərmişdir. Hətta atasına zəng edərək, “Ata Həkəri çayında əlimi yudum ,bundan böyük qələbəmi olar ?” demişdir. Onun arzuları çox idi. Doyunca yaşaya bilmədiyi uşaqlığına qayıdıb, uşaqlıq izləri qalan yerləri gəzib, əzizlərinin məzarını ziyarət edəcəkdi. Hər dəfə doğmalarına zəng vuranda qələbənin yaxın olduğunu deyirdi. O, doğulduğu Laçın şəhərinə, orada yarımçıq qalmış uşaqlıq illərinə qovuşmağa çox tələsirdi. Laçın şəhərinə çatmaq üçün ara da cəmi 25 km məsafə qalmışdır. Təssüf ki, bu məsafəni qət edə bilmədi. Doğma yurduna az qalmış, qələbənin astanasında ,amansız düşmənin atdığı minamyotun partlaması nəticəsində aldığı qəlpə yarasından , şəhid olmuşdur. Dostları və yaxınları ona “General” olmağı arzulayan zaman, “ daha uca zirvələr var “ deyərdi. 30 oktyabr 2020-ci il tarixində R.Sadıqov, məhz o zirvəyə Səhidlik zirvəsinə ucaldı. Bir qız və bir oğul övladı yadigar qalıb
Azərbaycan Respublikasının Prezidentinin ərəncamına əsasən R.Sadıqov ölümündən sonra “ Vətən uğrunda “, Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmsına görə ” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib..

Onun ölümündən 13 gün sonra, I Qarabağ müharibəsinin iştirakçısı olmuş atası Xanlar Sadıqov 28 il yurd həsrətinə dözsədə , qələbə ərəfəsində oğulunun cismani yoxluğuna tab gətirə bilməyib, qəflətən dünyasını dəyişdi.
Qeyd edək ki, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində, yaradılmış Vətən müharibəsi fondunda toplanmış I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə məxsus, döyüşdən qalan xatirə əşyaları içərisində şəhid polkovnik-leytenant R.Sadıqovun hərbi geyim dəstləri, ailəsinə yazdığı son məktubu, hərbi təlim gündəliyi, fənəri, telefonu, saatı, ölümündən bir neçə gün öncə yanlarına düşmüş kasetli raketin qəlpələrindən iki ədədi, ölümünə səbəb olan minamiyot partlaması nəticəsində bədəninə dəymiş qəlpələrin zədələdiyi uzərində olan pullar, filəş kartı, Bakubas kartı, telefonun plastik yaddaş kartı və .s əşyaları da yer almışdır.

Bu əşyalar şəhidin ailəsi tərəfindən muzeyə təqdim edilmişdir. Sözsüz ki, Muzey xalqın tarixi yaddaş salnaməsi, eyni zamanda vətənpərvərlik təliminin, dövlətçilik ənənələrinin daşıyıcısı olan mədəniyyət mərkəzidir. Etiraf etməliyik ki, gənclərin düzgün istiqamətdə, tərbiyəsində təhsil müəssisələri ilə yanaşı, mədəniyyət müəssisələrinin xüsusilə də muzeylərin özünəməxsus rolu vardır.

Bu baxımdan, xalqımızın mübarizə və qəhrəmanlıq tarixini, toplamaq və bunu gənc nəslə bir nümunə olarq təqdim etmək muzeylərin qarşıya qoyduğu əsas məqsədidir.
Unutmayaq ki, cəmiyyət böyüməkdə olan gənc nəsli həyata necə hazırlayırsa , cəmiyyəti o cür gələcək gözləyir.