Rusiya ABŞ-ın İran siyasətini dəstəklədi

159

ABŞ-ın İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının orijinal mətninə qayıtmaq istəyi praqmatik və düzgün bir yanaşmadır.

Sosialmedia.az xəbər verir ki, bunu Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov bildirib.

“Bu baxımdan amerikalılar çox məsuliyyətli bir yanaşma nümayiş etdirdilər. İndiki mərhələdə yalnız olanlara qayıtmağı müzakirə etməyə hazırdırlar. Bu, çox rasional, praktik və düzgündür”, – Ulyanov deyib.

Ulyanov qeyd edib ki, ölkəsi İran və ABŞ-ın ambisiyalarından narahatdır:

“Bu vəziyyətdə gah Tehran, gah da Vaşinqtonun qarşı tərəfin ilk addımı atmalı olduğu barədə açıqlamasını görürük. İrəliləməyin yeganə yolu praktik addımları sinxronizasiya etməkdir”.