Beş il sonra neft defisiti yarana bilər – Ələkbərov

173

Dünya yaxın beş ildə neft təklifi defisiti ilə üz-üzə qala bilər.

Sosialmedia.az xəbər verir ki, bunu “Lukoyl”un prezidenti Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, təklifdə defisitin yaranmasına yeni neft layihələri üçün yetərli investisiyalarına tapılmayacağı səbəb olacaq. O bunun qiymət volatilliyinə gətirib çıxarıb biləcəyini və dünya iqtisadiyyatının inkişaf templərinə neqativ təsir edəcəyini bildirib.

Ələkbərov neftin hələ uzun müddət dünya enerji balansında vacib rol oynayacağını söyləyib.