Ana Vətən Partiyası Qadınlar Şurasının sədri təltif olundu – VİDEO

266

Sosialmedia.az xəbər verir ki, “Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. Azərbaycan Gənclər Mərkəzi tərəfindən təqdim edilən mükafata bu il dövlət rəsmiləri, media rəhbərləri, siyasi partiya və bəzi şirkətlər layiq görülüb.

Onlardan biri də, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən, Ana Vətən Partiyası Qadınlar Şurasının sədri
Günay Ağamalıdır. Gördüyü xeyirxah işlərlə həmişə gündəmdə olan Günay xanım “Gənclərin Dostu” mükafatına layiq görülüb.

Günay xanım öz feysbuk səyfəsində tədbirin bütün təşkilatçılarına, Kənan Qubadzadə və Anar Sarıyevə təşəkkürünü bildirib. Biz də Sosialmedia.az saytı olaraq, Günay xanımı “Gənclərin Dostu” mükafatı alması münasibəti ilə təbrik edirik və siyasi fəaliyyətində uğurlar arzulayırıq.