Krımın qaytarılması üçün 3 istiqamət – Kuleba açıqladı

217

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Krımın qaytarılması ilə bağlı 3 başlıca istiqaməti açıqlayıb.

Sosialmedia.az xəbər verir ki, XİN rəhbəri bu barədə Tvitter səhifəsində yazıb.

“Onlardan biri yarımadanın deokkupasiyasıdır. Hansı ki, az əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası təsdiqləyib.

İkincisi, 23 avqustda planlaşdırılan “Krım platforması” sammiti bazasında bütün partnyorların səylərinin birləşdiriməsindən ibarətdir. Orada Kiyev Krımın qaytarılmasını müzakirə etməyi hədəfləyir, Türkiyə, Fransa, Böyük Britaniya, Almaniya, Kanada və ABŞ-ın da daxil olduğu platforma təklif edir.

3-cü amil isə beynəlxalq hüququn bərpası, yəni Krım və Sevastopol üzərində suverenliyin əldə edilməsidir”, – deyə Kuleba bildirib.