Afina onları Türkiyəyə təhvil verməlidir – Aksoy

198

Yunanıstanda keçirilən bir onlayn tədbirdə və televiziya kanallarından birində qanlı terror təşkilatı FETÖ-nun ictimai təbliği aparılıb. FETÖ liderinin video-mesajının da yayımlandığı bu terror təbliğatı mətbuat və ifadə azadlığı ilə müqayisəsi olmayan bir durumdur.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi Hami Aksoy deyib.

“Yunanıstanı FETÖ üzvlərinin təhvil verilməsi, mal varlıqlarının dondurulması tələblərimizi qarşılamağa, FETÖ-nun təbliğatı, maliyyə fəaliyyətinə əngəl olmağa və ölkəsində terrorçuların fəaliyyətinə son verməyə dəvət edirik”, – Aksoy vurğulayıb.