Bu oyunun dərhal fərqinə vardıq… – Ərdoğan

168

Türkiyənin potensialı və gücü daha artığına qadirdir. Son 7-8 ildə ölkəmizin önündə əngəl olan siyasi, sosial, iqtisadi tələlər bizə böyük və güclü Türkiyənin önəmini təkrar göstərdi.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcənb Tayyib Ərdoğan deyib.

“Türkiyəni keçmişdə olduğu kimi təkrar daxilinə qapadaraq enerjisini və vaxtını boşuna keçirən bir ölkə halına döndərmək istədikləri aydındır. Bu oyunun dərhal fərqinə vardıq. Türkiyəni 2023-cü il hədəfinə aparmaqda qərarlı olduq. Terror təşkilatlarından beynəlxalq qurumlara qədər bu ssenaridə istifadə olunanları bir-bir oyundan kənarda saxladıq”, – Ərdoğan qeyd edib.