Azərbaycanlı gənc model vəfat etdi

286

Sofa Hasan ləqəbli azərbaycanlı model vəfat edib.

 

Bu barədə SosialMedia.az məlumat verib.

 

Bildirilib ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Sofa Hasan Türkiyədə müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.

 

Qeyd edək ki, o, bir müddət əvvəl aldığı kimyaterapiya və narkozlar səbəbi ilə ürəyində ciddi fəsadlar yarandığını, yeriməkdə çətinlik çəkdiyini bildirmişdi.

 

Məlumat üçün bildirək ki, Sofa Hasan məşhur gözəllik mərkəzlərinin birində model kimi çalışıb.

 

O, daha sonra xəstəlik səbəbi ilə model fəaliyyətini dayandırmış, “Instagram” və “TikTok”da bloqer kimi məşhurlaşmışdı.