Türkiyənin bu addımı NATO üçün kabus olar – KİV

252

Rusiyanın Su-57 qırıcısının Türkiyənin silahlanmasında olması NATO üçün kabusdur.

Sosialmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın “19FortyFive” portalında yayımlanan məqalədə bildirilib.

Qeyd olunub ki, Türkiyənin aldığı S-400 raket komplekslərinə görə ABŞ-ın F-35 təyyarələrini verməkdən imtina etməsi Ankaranın rus qırıcılarına marağını artırıb.

Məqalə müəllifi Ankaranın, həmçinin “Turkish Fighter X” (TF-X) qırıcısı üzərində işlədiyini də xatırladıb. Bildirilib ki, bu layihənin reallaşması üçün MiQ-29 və MiQ-35 qırıcılarına quraşdırılan Rusiyanın R-33 mühərriki lazımdır.