Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 1,5 minə yaxınlaşdı

22

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb.

 

SosialMedia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir.

 

Ölkədə son sutka ərzində 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.