Mingəçevirdə yataqxanada yanğın olub, zərərçəkənlər var

235

Mingəçevir şəhərində yanğın hadisəsi olub.

Sosialmedia.az bildirir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in məlumatına görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 kvadrat metr olan otağın yanar konstruksiyaları 10 kvadrat metr sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib, onlara hadisə yerində ilkin yardım göstərilib.

Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.