Fransız həkimlərdən korona xəbərdarlığı

196

Heç vaxt belə vəziyyətlə qarşılaşmamışdıq, ən pis terror hücumlarının olduğu dönəmdə belə…

Sosialmedia.az xəbər verir ki, bu barədə Parisdə çalışan həkimlər “Le Journal du Dimanche” qəzetinə koronaya yoluxma halları ilə bağlı açıqlamasında deyiblər.

Adı açıqlanmayan səhiyyə işçiləri bildirib ki, artıq xəstəxanalarda çarpayı tutumu kifayət etmir. Həkimlər hətta xəbərdarlıq edir ki, xəstə sayı həddən artıq çox olacağı təqdirdə onlar arasında seçim etmək məcburiyyətində qalacaqlar.

Tibb xidmətində çalışanların sözlərin görə, Paris və digər şəhərlərdə qəbul edilən yumşaq qərarlar yoluxma sayına ciddi təsir göstərir.