Koronavirusun növbəti “hədəfi” ev heyvanlarıdır

152

Koronavirus infeksiyası növbəti mərhələdə kənd təsərrüfatı və ev heyvanları arasında kütləvi şəkildə yayıla bilər.

Sosialmedia.az bildirir ki, “İzvestiya”nın məlumatına görə, bu barədə N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq xəbərdarlıq edib.

“Koronavirus hələ patogen potensialını reallaşdırmayıb. Bir il içində isə – bəşəriyyəti yaxşı peyvəndlərlə müdafiə etdiyimiz müddətdə ev heyvanları virusa yoluxacaq. Sevimli ev heyvanlarından isə heç kim imtina etməyə hazırlaşmır”, – deyə direktor vurğulayıb.

Akademik COVID-19 patogenini yayanların bundan sonra mütəmadi olaraq insanlar ətrafında olacağını vurğulayıb.

O, həmçinin insanlığın ən təhlükəli viruslardan biri sayılan koronavirus patogeni ilə uzun müddət yanaşı yaşamağa hazır olmasının lazım olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl də ev heyvanlarının koronavirusa yoluxması halları qeydə alınıb. Belə ki, keçən ilin aprel ayında Uhanda 10-dan artıq pişikdə COVID-19-a qarşı anticism tapılıb. 2020-ci ilin aprelində ABŞ-da, iyulunda – Böyük Britaniyada, 2021-ci ilin yanvarında isə Sankt-Peterburqda koronavirusa yoluxmuş pişiklər aşkar edilib.