Sumqayıtda satıcının əl-ayağını bağlayıb mağazdan 7 min manatlıq oğurluq ediblər

32

Sumqayıtda mağazadan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SosialMedia.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Novruz qəsəbəsi ərazisindəki mağazaların birində satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq kassadan 1070 manat pul, 6000 manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkilər aparmaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – M.Abdullayev və C.Bayramzadə saxlanılıblar.