Necə yəni günahkar Çin deyil? – Pompeo ÜST-ü qınadı

146

ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo ÜST-ün koronavirusun mənşəyi ilə bağlı hesabatını tənqid edib.

Sosialmedia.az xəbər verir ki, Pompeo hesabat müəlliflərini Çinin dezinformasiya siyasətini dəstəkləməkdə ittiham edib.

“Bu səbəbdən ABŞ-ın ÜST-dən çıxmasını tövsiyə etmişdim”, – deyə sabiq dövlət katibi Tvitter səhifəsində yazıb.

Pompeonun sözlərinə görə, COVİD-19-un mənşəyi məhz Çindəki Uhan Virusologiya İnstitutudur.

Qeyd edək ki, ÜST koronavirusun mənbəyinin Çində olmadığını bəyan etmişdi.