Xanım QHT sədrləri əməkdaşlığa başlayır

213

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Gələcəyi Naminə İctimai Birlik birgə əməkdaşlıq edəcəklər.

Bu barədə Sosialmedia.az-a Yeni yaranan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Gələcəyi Naminə İctimai Birliyin sədri Xanım İsazadə bildirib. “Birliyin əsas məqsədi xüsusi qayğiya ehtiyaci olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək, eyni zamanda gələcək həyatlarindakı yaşam tərzini asanlaşdirmağa xidmət etməkdən ibarətdir.”

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım ” İB və “Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Gələcəyi Naminə İB ilə əməkdaşlığın əsas məqsədi, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası və inteqrasiyasına dəstək olmaqdır. Hər iki təşkilat bir mərkəzdə birləşib. Loqoritmika Reablitasiya və İnkişaf Mərkəzi bu yolda təşkilatlara dəstək olacaq. Bu mərkəzdə uşaq və valideynlər üçün Loqopedik xidmət, Erkən inkişaf proqramı, psixoloji xidmət,Loqopedik kurslar ve telimler, koç xidmətləri, müalicəvi idman və masaj xidmətləri göstəriləcək.

“ENMŞSY”IB nin sədri Cəmilə Çingizqızı : “Bu gün Loqoritmika Reablitasiya və İnkişaf Mərkəzi ilə tanış oldum. Çox gözəl , geniş və işıqlı otaqları olan bu mərkəz valideyinlər üçün əlçatan bir ünvanda yerləşir. Bu mərkəzdə fəaliyyət göstərən peşəkar komanda inanıram ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafına dəstək olacaq. “Loqoritmika Reabilitasiya və İnkişaf mərkəzinin” direktoru , psixoloq-loqoped, təlimçi, ADPU nəzdində pedaqoji kollecin müəllimi Ləman Rəfiyeva bu mərkəzdə bir çox xüsusi xidmətləri birləşdirib ki, bu da sırf bizim İctimai Birliyin koxlear qrup uşaqları üçün təşkil olunub. Bu xidmət Eşitmə Məhdudiyyətli olan eşitmə cihazlı və koxlear implantlı uşaqların inkişafına çox gözəl təsir edəcək. Ictimai Birlik sədri Xanım İsazadəyə yeni fəaliyyətində uğurlar arzulayır və birgə əməkdaşlığımıza görə göstərdiyi diqqət üçün təşəkkür edirik ”