Fəxrəddin Altun Bakıya gəlir

164

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakıya səfər edəcək.

Sosialmedia.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Prezident Administrasiyasından məlumat veriblər.

Məlumata görə, səfər 10-11 apreldə baş tutacaq. Səfər zamanı Türkiyə və Azərbaycan arasında başda KİV sahəsində əməkdaşlıq olmaqla, müxtəlif məsələlərin müzakirəsi nəzərdə tutulur.