Polkovnik şok faktı açdı: Rusları belə dayandırdıq!

231

Rusiya genişmiqyaslı təcavüz həyata keçirərsə, Ukrayna ordusu sərt cavab verməyə hazırdır.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Espresco”nun efirində Ukrayna Silahlı Qüvvələrinin polkovniki Taras Qren deyib.

Qren bildirib ki, Rusiya yalnız güc dilini anlayır, Ukrayna hərbçiləri isə həmin gücü göstərməyə qadirdir:

“2014-cü il bizə sübut etdi ki, rusiyalılar yalnız bir şeyi başa düşür, o da güc. O zaman rusları Summı şəhəri tərəfdən zərbə endirməyə qoymayan yeganə amil güclü cavab zərbəsi idi. Onlar qorxdular. Ondan sonra kifayət qədər böyük bir qrupla şəhərin sərhədində dayanmışdılar. Həmin vaxt onlar artıq öz tanklarını ağ rəngə boyamışdılar, guya ki, “sülhməramlıdırlar”. Amma qorxdular”.

Onun sözlərinə görə, Donbasda eskalasiya olsa, Rusiyanı ağır itkilər gözləyir.