Vəfat etmiş 40 məcburi köçkünə aylıq müavinət verildiyi üzə çıxıb

23

Ötən il vəfat edən 40 məcburi köçkünə vahid aylıq müavinət ödəniş verilib.

SosialMedia.az-ın məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (Komitə) dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq auditinin nəticəsi olaraq, əraziləri işğal edilmiş rayonların icra hakimiyyətləri tərəfindən Komitəyə təqdim olunmuş adlı siyahılarda göstərilmiş müavinətin aylıq məbləği ilə onların plastik kart hesablarına köçürülmüş aylıq məbləğləri arasında fərqlərin mövcud olması, ümumilikdə 40 nəfər məcburi köçkünün bank hesablarına vəfat etdiyi tarixdən sonra vahid aylıq müavinət ödənişinin dayandırılmadığı barədə Prezident Administrasiyasına, Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında təsdiq edilməyən əlavə Mənzil Kommunal İstismar Sahələrinin saxlanılması, təsdiq edilmiş ştat cədvəllərində funksional fəaliyyətə uyğun olmayan ştatların planlaşdırılması, Mənzil Kommunal İstismar Sahələri və Mənzil İstismar Departamenti tərəfindən normadan artıq nəqliyyat vasitələrinin saxlanılması barədə – Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilib.