Güclü külək nə vaxta qədər davam edəcək?

85

Bakıda hazırda müşahidə olunan güclü külək axşama doğru mülayimləşəcək.

Sosialmedia.az xəbər verir ki. bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun məlumatında bildirilir.

Bu gün günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə hətta 30 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında 14-17, Bakıda 15-17 dərəcə isti olacaq.

Bakıda və ölkəmizin rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.