Vanq Yinin Türkiyəyə səfərinin əsas hədəfi

86

Çin xarici işlər naziri Vanq Yinin Türkiyə, İran, BƏƏ və Səudiyyə Ərəbistanına səfəri çərçivəsində əldə etdiyi anlaşmalar bölgədə artan təsirini bir daha göstərdi.

Sosialmedia.az xəbər veri ki, bu barədə “Star” nəşrində dərc edilən məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, 2000-ci ildən bəri uyğurlara qarşı təzyiqi artıran Çin Kommunist Partiyası müsəlman ölkələri ilə müqavilələr bağlayaraq mövqeyini yaxşılaşdırmağa çalışır:

“Ötən ay Alyaskada keçirilən ABŞ-Çin arasındakı görüşdə fikir ayrılığından sonra Van Yinin ABŞ-la problem yaşayan ölkələrə səfəri bu rəqabətin daha da dərinləşəcəyini göstərir”.

Çinlə qeyd olunan ölkələr arasındakı anlaşmalar strateji həmlə kimi dəyərləndirilib.