Kiyev Fransa və Almaniyanı aktiv olmağa çağırdı

194

Fransa və Almaniyanın “Normandiya formatı”ndakı mövqeyi daha aktiv olmalıdır.

Sosialmedia.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Normandiya formatı” və Minsk-2 işlədi və nəticələr verdi: yerlərdə vəziyyətin stabilləşməsi, əsirlərin dəyişdirilməsi, atəşkəs rejimi… Amma real həllə nail olmaq üçün bizə Fransa və Almaniyanın daha aktiv mövqeyi lazımdır. Ukrayna müharibə istəmir. Biz bu münaqişənin siyasi və diplomatik həllinə sadiqik”, – Kuleba bildirib.