TRT-də silah gücü ilə “çevriliş bəyanatını” oxudan və digər şəxslərə hökm oxunub

39

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) Prezidentin Mühafizə Alayına hücumla əlaqədar mühakimə olunan 497 təqsirləndirilən şəxslə əlaqədar məhkəmə prosesi başa çatıb.

SosialMedia.az-ın yerli bürosunun xəbərinə görə, iş üzrə Prezidentin Mühafizə Alayından Türk Silahlı Qüvvələrinin (TSK) Baş Qərargahına hücum edən dəstəyə rəhbərlik etməkdə təqsirləndirilən keçmiş mayor Fedakar Akçay ömürlük həbs cəzasına məhkum edilib.

15 iyul gecəsi TRT ekranlarından silah gücü ilə “çevriliş bəyanatını” oxudan Hərbi Akademiyanın keçmiş tabor komandiri podpolkovnik Ümit Gençerə, TRT binasının tutulmasına rəhbərlik edən keçmiş polkovnik Muhammet Tanju Poshor, Prezident sarayı kompleksinin təhlükəsizliyindən məsul olan Mühafizə Birliyinin komandiri keçmiş mayor Osman Koltara da ömürlük həbsə məhkum olunublar. Onlar cəzası ağırlaşdırılmış cəza olduğundan, əfv üçün müraciət etmək hüquqları yoxdur.

15 iyul gecəsi Çiğli Əsas Reaktiv Bazasına gedən keçmiş polkovnik-leytenant Emin Güvenə isə Prezidentə sui-qəsdə yardım etdiyi üçün 16 il 8 ay həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, bu, FETÖ terror təşkilatının 15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhdlə bağlı Türkiyədə keçirilən sonuncu məhkəmə prosesidir.