Ukrayna Prezidenti Donbassa gedib

226

Ukrayna Prezidenti Vladimir Zelenski Donbassa səfər edib.

SosialMedia.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna Prezidenti cəbhə bölgəsində mövqelərə baş çəkəcək, təmas xəttində vəziyyətin gərginləşməsi fonunda hərbçilərlə görüşəcək.

Xatırladaq ki, son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Ukrayna Müdafiə Nazirliyi separatçıların atəşkəsi pozması nəticəsində iki ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb.