Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətləri Ağdamda Xurşudbanu Nətavanın qəbrini ziyarət ediblər – YENİLƏNİB

327

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətləri Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər. 

SosialMedia.az-ın məlumatına görə, nümayəndə heyətlərinin üzvləri Xurşudbanu Nətavanın qəbrini ziyarət ediblər.

***

saat 11.23

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdama səfəri başlayıb.

SosialMedia.az-ın məlumatına görə, səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Nümayəndə heyətlərinin Ağdam şəhər Cümə məscidini, İmarət qəbiristanlığını və Şəhidlər xiyabanını ziyarət etmələri nəzərdə tutulur.