Bir neçə bölgədə toy və yas mərasimlərinin keçirilməsinin qarşısı alınıb

233

Bərdə və Saatlı rayonunda yas mərasimlərinin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin regional qrupundan SosialMedia.az-a verilən xəbərə görə,  Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayon ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

Sözügedən ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyənləşib.

Bundan başqaŞ Saatlı rayonunun Qara Nuru kəndində də fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkarlanıb.

Polis tərəfindən keçirilən reyd zamanı sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Hər iki rayonda  ev sahibi və məclisdə olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimlərdə  iştirak edən 9 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

Hacıqabul və İmişli rayonunda isə toy məclislərinin keçirilməsinin qarşısı alınıb.

Hacıqabul polisi tərəfindən keçirilən tədbirlərlə rayonun Qarasu öz evinin həyətində toy məclisi təşkil etmək istəyən şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən məclisin keçirilməsi dayandırılıb, 2 nəfər barəsində isə qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Bənzər hadisə İmişli rayounda qeydə alınıb. Rayonun Şahverdili kənd sakini Nail Əzimov evinin həyətində qonaqların iştirakı ilə öz qohumuna toy məclisi təşkil etdiyi müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 2 nəfər barəsində qanunauyğun tədbirlər görülüb.