Hamı bilir ki, Rusiya onları darda qoymayacaq – Karasin

275

Beynəlxalq birliyin, ilk növbədə, “Normand formatı”nın iştirakçılarının vəzifəsi Kiyevdən imzalanmış sazişləri yerinə yetirməsini tələb etməkdir.

Sosialmedia.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Qriqori Karasin danışıb.

Onun sözlərinə görə, Kiyevin “siyasi dağınıqlığı” böyüyərək, tezliklə faciəyə gətirə bilər:

“Bizim ümumi vəzifəmiz bu faciədən qaçmaqdır. Zənnimcə, hamıya aydın oldu ki, Rusiya Donetsk və Luqansk “respublika”larında yaşayan insanları darda qoymayacaq”.