Məhkəmədən Kürdəmirin keçmiş icra başçısı ilə bağlı YENİ QƏRAR

294

Binəqədi rayon Məhkəməsində Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

 

SosialMedia.az-ın məlumatına görə, keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, C. Cəfərovun barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

 

Qeyd edək ki, C. Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma – külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.