Rusiya bizə Gürcüstan ssenarisini planlaşdırıb

773

Rusiya Ukraynaya qarşı açıq silahlı təcavüzə gedə bilər.

Sosialmedia.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna müdafiə naziri Andrey Taran çıxış edib.

Taran vurğulayıb ki, Sovet İttifaqının dağılmasından bəri ilk dəfə Ukrayna sərhədləri yaxınlığında Rusiya qoşunlarının komanda məntəqələrinin və geniş bir komandanlıq və idarəetmə sisteminin yerləşdirilməsi qeydə alınıb:

“Rusiyanın Ukraynaya qarşı 2008-ci il Gürcüstan ssenarisini planlaşdırdığını tam olaraq bilirik. Bunun üçün Ukrayna Silahlı Qüvvələrini mülki insanlara hücum etməkdə günahlandıra bilərlər. Xüsusən işğal altındakı ərazilərdəki 400 mindən çox insana Rusiya pasportunun verildiyi söylənilir”.