ABŞ İran-İsrail müharibəsinə qarışacaq? – General

227

Hazırda İsrail-İran münasibətlərindəki vəziyyət silahlı qarşıdurma ehtimalı doğurmur. Əgər bu baş versə belə, Vaşinqton necə qərar verəcəyini bilmir.

Sosialmedia.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri, general Kennet Makkenzi deyib.

“Müharibəyə cəlb olunma ehtimalımızın olmasına inanmıram. Deməzdim ki, biz münaqişənin astanasındayıq, amma belə bir şey olarsa, ABŞ tərəf tutmamalıdır, yəni müharibəyə girməyimiz üçün tələb yoxdur. Əminəm ki, məsafəmizi qoruyaraq bu məsələdə maraqlarımıza uyğun hərəkət edə bilərik”, – general bildirib.