Sabahın hava proqnozu açıqlanıb

689

Aprelin 26-da  gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin SosialMedia.az-a verdiyi məlumata görə aprelin 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə  10-13 dərəcə, gündüz 19-23 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 21-23 dərəcə  isti olacaq.

Atmosfer təzyiqi  761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70  , gündüz 40-45 faiz olacaq.

Aprelin 26-da  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz  bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi  əsəcək. Havanın temperaturu gecə  11-16 dərəcə  isti, gündüz  23-28 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti,  gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 26-da  Abşeron yarımadasında meteoroloji amillərin  mülayim tərəddüdü

gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.